Siyasət
22:53, 26 avqust 2020
65
0

Dağıstan Respublikası Xalq Məclisinin sədri Mehriban Əliyevanı təbrik etdi

Dağıstan Respublikası Xalq Məclisinin sədri Mehriban Əliyevanı təbrik etdi
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri Xızrı Şıxsəidov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı təbrik edib.

AZƏRTAC-da dərc olunan təbrik mətnində deyilir:

“Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri xanım Mehriban Əliyevaya

Möhtərəm Mehriban Arif qızı,

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz yüksək ictimai vəzifələr, indi isə həm də dövlət vəzifəsi tutmaqla haqlı olaraq həmvətənlərinizin dərin hörmətini və beynəlxalq aləmdə nüfuz qazanmısınız.

Sizin doğma Azərbaycanın firavanlaşmasına, ölkə əhalisinin rifahının yüksəldilməsinə, onun mədəniyyətinin və ənənələrinin qorunub saxlanmasına, dünya arenasında mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş çoxşaxəli fəaliyyətiniz səmimi hörmətə layiqdir.

Bütün bunlar Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə eyni komandada Sizin layiqincə davam etdirməyinizin nəticəsidir.

Bu cür çoxşaxəli fəaliyyət üçün zəruri olan qətiyyət, möhkəm iradə və insanları öz arxasınca aparmaq bacarığı kimi keyfiyyətlərə malik olmaqla Siz qadın zərifliyinin heyranedici nümunəsi olaraq qalırsınız, xeyirxahlığınız, qayğıkeşliyiniz və məlahətinizlə həm Azərbaycanda, həm də dünyanın digər ölkələrində qadınları ruhlandırırsınız.

Rusiya Federasiyasının tərkib hissəsi olan Dağıstan üçün bizim xalqlarımız arasında mehriban qonşuluq və qardaşlıq münasibətləri xüsusi dəyər kəsb edir.

Əminəm ki, bu münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, uğurlu əməkdaşlığın sarsılmaz təməli kimi qalacaqdır.

Çox hörmətli Mehriban Arif qızı, Sizə möhkəm cansağlığı, əmin-amanlıq, firavanlıq və Azərbaycan Respublikasının inkişafı naminə nəzərdə tutduğunuz bütün planların uğurla həyata keçməsini arzu edirəm”.
Digər xəbərlər: