Gündəm
"Koronavirusa yoluxma 500-ü ötsə, karantin sərtləşə bilər" - HƏKİM VİDEO
Koronavirusa gündəlik yoluxma sayı 500 nəfəri keçərsə, bu, həyəcan təbili çalınmasına işarədir.Hazırkı vəziyyətin kritik olmadığını qeyd edən həkim gündəlik göstəricilərin 500-ü keçəcəyi təqdirdə aidiyyəti qurumların karantinin sərtləşməsi barədə qərar qəbul edəcəyini bildirib.İ. Mirizadə bayram günlərində yoluxma sayında çoxalma ehtimalı olacağı üçün Nazirlər Kabineti yanında Operativ Qərargahın mart ayındakı qeyri-iş günlərində də müəyyən qadağalar tətbiq edə biləcəyini qeyd edib.
Həmçinin İ.Mirizadə hələlik vaksin olunan şəxslərin sayı az olması səbəbindən bunun yoluxma sayına ciddi təsir etmədiyini bildirib:
"Hazırda peyvənd olunanların sayı əhalinin 3.5-4 faizini təşkil edir. Bu rəqəmlərin yoluxmanın qarşısının alınmasında ciddi təsir edəcəyini düşünmürəm. Növbəti aylarda vaksinasiya prosesinin daha da güclənəcəyi və bunun effektini də görəcəyimizi düşünürəm".
Daha çox xəbər:
TƏBİB rəsmisindən qorxulu proqnoz: “Yoluxma sayı yaydakını ötə bilər”
Ekspert: “Yoluxma sayı azalmazsa, məhdudiyyət daha uzun müddətə tətbiq edilə bilər”
Azərbaycanda son 24 saatda koronavirusa yoluxma sayı açıqlandı (RƏSMİ)
XƏBƏRDARLIQ EDİLDİ - Operativ Qərargah az öncə açıqladı, yanvarın 15-dək...
"Yoluxanların sayı bu həddə çatarsa, SƏRT KARANTİN REJİMİ tətbiq olunacaq"
