Sosial
21:57, 04 iyun 2020
60
0

Ekspert: “Yoluxma sayı azalmazsa, məhdudiyyət daha uzun müddətə tətbiq edilə bilər”

Ekspert: “Yoluxma sayı azalmazsa, məhdudiyyət daha uzun müddətə tətbiq edilə bilər”
“Cərimələrin tətbiqi vaxtında atılan mühüm addımdır”.

Oxu.Az xəbər verir ki, bu sözləri İctimai İslahatlar Mərkəzinin eksperti, həkim Nabil Seyidov ATV telekanalında yayımlanan “ATV Qərargah” verilişində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, buna səbəb hələ də koronavirusa inanmayan şəxslərin olmasıdır:

“Cərimələrin tətbiqi yerində verilən qərardır. Bu, təlimatlara daha ciddi riayət olunmasına gətirib çıxaracaq. Eyni zamanda, məhdudiyyətlərin qoyulması insanları ictimai yerlərdə sanitar-gigiyenik normalara riayət etməyə vadar edəcək. Pandemiya ilə mübarizə çərçivəsində metodlar çoxdur, hər ölkə özünə uyğun olanı seçir. Həftəsonu hərəkətin məhdudlaşdırılması ölkədə yoluxma hallarının azalmasına kömək edə bilər. Bu, monitorinqdir. Əgər bu halda da yoluxma sayı azalmazsa, gözlənilir ki, dövlət bu məhdudiyyəti daha uzun müddətə tətbiq etsin”.
Digər xəbərlər: