Gündəm
"Yoluxanların sayı bu həddə çatarsa, SƏRT KARANTİN REJİMİ tətbiq olunacaq"
Bir həftənin içində yoluxma sayının birdən-birə bu qədər artmasının səbəbi ictimai nəqliyyatdakı sıxlıqdır. Milli.Az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev deyib.
O bildirib ki, yoluxma ehtimalının qarşısını almaq üçün metro açılmalıdır:
"Təhsil müəssisələrində dərslərin bərpa edilməsi nəqliyyatdakı sıxlığı daha da artırdı. Amma yoluxma sayındakı bu artım fantastik artım deyil, gözlənilən idi. Artım hələ ki, kontrol olunan dərəcədədir. Ancaq yoluxmanın kontroldan çıxma ehtimalı qalır. Onun proqnozun vermək, əslində, düzgün deyil, proseslər izlənilməlidir.
Yoluxma sayı əgər növbəti iki həftə ərzində, ya bayrama qədər mindən yuxarı qalxsa, o zaman yəqin ki, müəyyən qədər sərtləşdirmə tələb olunacaq. Keçən dəfə yoluxanların sayı bir neçə minə çıxandan sonra sərt karantin rejimi tətbiq edilmişdi. Ona görə bu dəfə, yəqin ki, yoluxma sayı minə çatana qədər sərt tədbirlərə ehtiyac olmayacaq.
Yoluxma ehtimalının qarşısını almaq üçün metro açılmalıdır, vaksinasiyanın intensivliyi artırılmalıdır. Amma əsas problem ictimai nəqliyyatla bağlıdır. Düşünürəm ki, metronun fəaliyyəti bərpa edilsə, yoluxma riski də azalar".

Daha çox xəbər:
Azərbaycanda "EVDƏ QAL" karantin rejimi geri qayıdır? - AÇIQLAMA
Azərbaycanda bu tarixdən sərt karantin REJİMİ BAŞLAYIR - Deputat ELAN ETDİ
Azərbaycanda ən yüksək yoluxma göstəricisi qeydə alındı - QRAFİKA
Gələn həftədən karantin rejimi yenidən sərtləşdirilir? - AÇIQLAMA
TƏBİB rəsmisindən qorxulu proqnoz: “Yoluxma sayı yaydakını ötə bilər”