Gündəm
09:18, 21 fevral 2021
63
0

Bakıda ər-arvadı avtomobil vurub

Bakıda ər-arvadı avtomobil vurub Bakının Binəqədi rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər ağır xəsarət alıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, “Mal bazarı” kimi tanınan ərazidə qeydə alınıb.

1952-ci il təvəllüdlü Xanlar Ağayev və onun həyat yoldaşı, 1963-cü il təvəllüdlü Elmira Ağayeva yolu keçərkən onların hər ikisini avtomobil vurub. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat verilib.
Digər xəbərlər: