Hadisə
10:14, 09 may 2019
135
0

Bakıda 10 yaşlı qızı maşın vurdu

Bakıda 10 yaşlı qızı maşın vurdu



Bakının Binəqədi rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

beş.az publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun 2-ci mədən, korpus 170, ev 10 ünvanında qeydə alınıb.

2009-cu il təvəllüdlü Əliyeva Bahar Azər qızını həyətlərində "Mercedes" markalı avtomobil vurub. Yaralı 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Xəstənin vəziyyəti ağır qiymətləndirilir
Digər xəbərlər: