Hadisə
“20 yanvar”da avtomobil piyadanı, Binəqədidə motosikleti vurdu: yaralılar var
Bakıda iki yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisələrdən biri Yasamal rayonunda qeydə alınıb.
Metronun “20 Yanvar” stansiyasının yaxınlığında, 1 saylı Vərəm Dispanserinin qarşısında minik avtomobili yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Məmmədov Mahir Tahir oğlunu vurub.
Yaralı xəstəxanaya yerləşdirilib.
Ona sağ baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Digər hadisə isə Binəqədi rayonunda olub.
İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1 nəfər xəsarət alıb.
“Elite” ticarət mərkəzinin yaxınlığında 99-TB-180 dövlət nömrə nişanlı “Renault” markalı minik avtomobili ilə motosikletin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü Əsədov Cavidan İlham oğlu xəsarət alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Daha çox xəbər: