Hadisə
13:17, 25 dekabr 2019
73
0

Bakıda daha bir "KamAZ" dəhşəti: uşaq yerindəcə keçindi

Bakıda daha bir "KamAZ" dəhşəti: uşaq yerindəcə keçindi
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Regiitv.az APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonu, Binəqədi qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Qurban Məhərrəmovun idarə etdiyi "KamAZ 5320” markalı yük avtomobili yolu keçmək istəyən 2010-cu il təvəllüdlü Əkbər Şirəliyevi vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci(yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Digər xəbərlər: