Gündəm
20:53, 14 dekabr 2020
105
0

"Ürəyim az qalır ki, partlasın"- Şahbaz Quliyevin bacısı

"Ürəyim az qalır ki, partlasın"- Şahbaz Quliyevin bacısı
"Sevincimin həddi yoxdur. Prezidentimizə dərin təşəkkür edirəm. İllər sonra qardaşımıza qovuşacağıq".

Regiitv.az xəbər verir ki, bunu girovluqdan azad olunan Şahbaz Quliyevin bacısı İradə Quliyeva qardaşının vətənə dönməsindən danışarkən deyib.

"Ürəyim az qalır ki, partlasın. Bizim üçün bu xəbər gözlənilməz idi. Ordumuza, prezidentimizə qurban olum. Allah onların ömrünü uzun etsin. Göz yaşlarımı saxlaya bilmirəm. Qardaş həsrəti ilə çırpınıram".

Qeyd edək ki, beynəlxalq təşkilatların və Rusiya Sülhməramlı Qüvvələri komandanlığının iştirakı ilə aparılmış danışıqlar nəticəsində erməni tərəfi ilə əsir və girovların "hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi barədə razılıq əldə olunub və cari il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılmasına başlanılıb. Günorta saatlarında Azərbaycan vətəndaşları olan əsir və girovların, o cümlədən 2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilib.

Müvafiq karantin tədbirləri həyata keçirildikdən sonra azad olunmuş şəxslər ailələrinə qovuşacaqlar. (Azvizion)
Digər xəbərlər: