Gündəm
Ermənilər Tavuş istiqamətində bir azərbaycanlını əsir götürdülər - TƏCİLİ
Ermənistan Milli Təhlükəsizlik Xidməti sərhədin qanunsuz keçilməsi məsələsi ilə bağlı cinayət işi açıb.
PROPRESS bu barədə "Sputnik Ermənistan"a istinadən xəbər verir.
"Dünən gecə bir azərbaycanlı Ermənistanın Tavuş bölgəsində sərhəddə yerləşən Berdavan kəndinə daxil olub. Hazırda o, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun Ermənistanın dövlət sərhədini keçməsi barədə əməliyyat məlumatı aldıq. Axtarış nəticəsində o, tapılaraq saxlanıldı. Hadisə ilə bağlı cinayət işi başlanıb", - deyə məlumatda qeyd edilib.
Təhlükəsizlik səbəbilə hələ ki, təfərrüatlar açıqlanmayıb.