Cəmiyyət
Azərbaycan üç əsiri Ermənistana təhvil verdi
Azərbaycan əsir düşən üç erməni hərbçini Ermənistana təhvil verib.
Regiitv.az xəbər verir ki, bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın fəaliyyəti çərçivəsində əsir və girovların vəziyyəti, hüquqlarının təmini məsələsi araşdırılır, başçəkmələr çərçivəsində yerində yoxlanılır.
Təəssüflər olsun ki, Ermənistan Respublikası tərəfindən bu yanaşma göstərilmir. Azərbaycanlı mülki şəxslərə, habelə yaralanmış və əsir düşmüş hərbi qulluqçularımıza münasibətdə beynəlxalq hüquq normalarının, xüsusilə də Cenevrə Konvensiyalarının tələbləri ciddi şəkildə pozulub. (Report)
Daha çox xəbər:
8 gündən sonra Ombudsman Aparatı ilk dəfə açıqlama verdi
Ermənilər əsgər övladlarının əsir düşəcəyi qorxusu ilə Yerevanda aksiya keçirirlər
Ombudsman Ermənistanın hücumları nəticəsində dağıdılmış evlərə baş çəkib
Ermənilərin əsir götürüb işgəncə verdiyi əsgərlə bağlı RƏSMİ AÇIQLAMA
Təyyarəni vurub, pilotu əsir götürdülər - SON DƏQİQƏ