Hadisə
DƏHŞƏTLİ QƏZA!!! Toya gedən iki ailə...
Ötən gün axşam saatlarında Balakən-Qabaqçöl avtomobil yolunda yol qəzası baş verib.
Rayonun Qaysa kənd sakini, 1992-ci il təvəllüdlü Əli Kamil oğlu Xəlilov idarəetdiyi "VAZ 21014” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub.
Qəza zamanı xəsarət alan sürücü Ə.Xəlilov, sürücünün həyat yoldaşı, 1995-ci il təvəllüdlü Həcər Ramazan qızı Xəlilova, avtomobildə olan digər sərnişinlər - Qaysa kənd sakini 1964-cü il təvəllüdlü Ramazan Həybullah oğlu Şabanov və həyat yoldaşı, 1970-ci il təvəllüdlü Solmaz Asyalov qızı Şabanova aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Tibb müəssisəsindən bildirilib ki, yaralılardan R.Şabanovun müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir. Digər yaralıların xəsarətləri yüngül olduğundan onlara lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Qeyd edək ki, qəzaya düşənlər iki ailənin üzvüləridi. Onlar toy mərasimində iştirak etmək üçün şadlıq evinə gedirlərmiş.
Faktla bağlı araşdırma aparılır.
///Unikal.org