Hadisə
10:28, 14 avqust 2020
58
0

Siyəzəndə qəza baş verib, xəsarət alan var

Siyəzəndə qəza baş verib, xəsarət alan var
Siyəzən rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, rayon ərazisində hərəkətdə olan iki avtomobilin toqquşması nəticəsində 1966-cı il təvəllüdlü Mahmudov Elton Balaqardaş oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı əvvəlcə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə, daha sonra vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona bədəninin müştərək və açıq kəllə-beyin travmaları diaqnozları qoyulub. E.Mahmudov reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatları araşdırılır.
Digər xəbərlər: