Cəmiyyət
16:47, 06 iyun 2020
40
0

Harmancı: Əhali yumşalmaya düzgün yanaşmadı - Video

Harmancı: Əhali yumşalmaya düzgün yanaşmadı - Video
Pandemiyanı geridə qoyacağıq. Əsas məsələ odur ki, bunu az itki ilə, az xəstə sayı ilə geridə qoyaq.

Axar.az Trend-ə istinadən xəbər ki, bu sözləri Azərbaycan Televiziyasına Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdəki nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, əvvəllər də tarixdə böyük pandemiyalar olub:

“Həmin pandemiyalar kimi, koronavirus pandemiyası da geridə qalacaq. Sadəcə, əsas məsələ insanların qəbul olunan qaydalara ciddi əməl etməsidir, öz sağlamlıqlarını qorumasıdır. Sosial məsafəni saxlamaq, tibbi maskalardan istifadə etmək, şəxsi gigiyenaya əməl etmək lazımdır. Koronavirus elə bir xəstəlikdir ki, sürətlə yayılır. Çox insanın yoluxmaması üçün dövlətin qəbul etdiyi önləyici tədbirlərə uyğun davranmaq lazımdır”.

“Maska önəmli qoruyucudur. Amma maska təkbaşına koronavirusa yoluxmanın qarşısını almır. Tibbi maska ümumi tədbirlər paketinin bir komponentidir”, - deyən H.Harmancı qeyd edib ki, maska taxmaqla yanaşı, digər qoruyucu tədbirlərə də əməl edilməlidir.

ÜST rəsmisi tibbi maskaların taxılma, çıxarılma qaydalarını da izah edib. Xüsusi karantin rejiminin vacibliyinə toxunan H.Harmancı insanların bir yerə toplaşmaması üçün bütün dünya ölkələrinin karantindən, sosial məsafə tədbirlərindən istifadə etdiyini, bunun effekt verdiyini deyib.

Dövlətimizin pandemiyaya qarşı mübarizə tədbirlərinin səmərəli olduğunu qeyd edən H.Harmancı vurğulayıb ki, Azərbaycan pandemiyanın ilk başlanğıcında vətəndaşın sağlamlığının nə qədər önəmli olduğunu atdığı addımlarla ortaya qoydu:

“Bu gün koronavirusa görə 10 modul tipli xəstəxana qurulur, vətəndaşların sağlamlığının qorunması üçün bütün tədbirlər görülür. Görülən tədbirlər yetərli oldu ki, yoluxma sayı 20 nəfərə qədər azalmışdı. Sadəcə, əhali yumşalmaya düzgün yanaşmadı. Ölkə üçün iqtisadiyyat da önəmlidir, yumşalma vacibdir. Amma bundan vətəndaşlar sui-istifadə etməməlidirlər, özlərini qorumalıdırlar”.

Digər xəbərlər: