Cəmiyyət
Bu yerlərdə maska taxmayanlar bu gündən cərimələnəcək - SİYAHI
Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Milli məclisin qəbul etdiyi qanununu imzalayıb və həmin qanun bu gündən qüvvəyə minir. Qanuna əsasən, tələb olunan yerlərdə qmaska taxmayan vətəndaşlar cərimələnəcəklər. Bu qaydanın qəbul eilməsində məqsəd ölkədə koronaviirusa yoluxma hallarının artım temmpinin qarşısını almaqdır.
Maska taxılmasının mütləq tələb edildiyi məkanlar aşağıdakılardır:
1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.);
1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);
1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə;
1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində;
1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində;
1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə;
1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə;
1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda.
Yuxarıda göstərilən məkanlarda maskasız olan şəxslər 50,100,200 manat həcmində cərimə olunacaq. İkinci dəfə qaydanı pozanlar üçün isə göstərilən məbləğin ikiqat həcmində , yəni 100, 200, 400 manat cəriməl nəzərdə tutulub.
Cərimə olunmaq istəmirsinizsə maska taxın. Bu sizin sağlamlığınız üçündür!
Daha çox xəbər:
Bu gündən Azərbaycanda bu iş yerləri açılır - SİYAHI
Azərbaycanda sabahdan bu iş yerləri açılır - SİYAHI
Bu gündən bu iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir - SİYAHI
Yeni karantin qaydaları bu gecədən qüvvəyə mindi
Bu gündən restoran, kafe və parklara tətbiq edilən qadağa ləğv edilir - RƏSMİ