Cəmiyyət
11:59, 06 iyun 2020
39
0

Göyçayda gənclərdən maraqlı aksiya - Foto

Göyçayda gənclərdən maraqlı aksiya - Foto
Göyçay Gənclərin İnkişaf və Karyera Mərkəzinin gənc könüllüləri koronavirus xəstəliyinin qarşısının alınması məqsədilə nümunəvi aksiya həyata keçirib.

Axar.az-ın bölgə müxbiri xəbər verir ki, gənclər Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin başlatdığı “Bir-birimizi qoruyaq” adlı kampaniyaya qoşulublar. Layihə çərçivəsində bir qrup könüllü Göyçay Gənclər Mərkəzində keçirilən qanvermə aksiyasında vətəndaşlardan növbə ilə dayanmalarını və sosial məsafənin qorunmasını xahiş ediblər.

Bundan əlavə, onlar içəri tibbi maska olmadan daxil olan şəxsləri qoruyucu maskalar ilə təmin edib.
Digər xəbərlər: