Sosial
Şəkidə karantin rejiminin tələblərinin təmin edilməsi istiqamətində zəruri tədbirlər görülür
Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən qlobal pandemiya hesab olunan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə dövlət tərəfindən lazımi işlər görülür. Cənab Prezidentimiz İlham Əliyevin tapşırığı əsasında Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Operativ Qərargah lazımi tədbirləri həyata keçirir və görülən işlər haqqında əhaliyə vaxtaşırı məlumat verilir. Cənab Prezidentimizin bu barədə verdiyi fərman və sərəncamlar bir tərəfdən əhalini səfərbər etməyə, digər tərəfdən koronavirusun ölkə iqtisadiyyatına, vətəndaşların sosial vəziyyətinə mənfi təsirinin aradan qaldırılmasına yönəldilib. Prezidentin sərəncamı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
Koronavirus infeksiyasının yarada biləcəyi təhlükəni aradan qaldırmaq məqsədilə Şəki şəhərində də qabaqlayıcı tədbirlər görülür. Bu məqsədlə Şəki Şəhər İcra Hakimiyyəti başçısının imzaladığı sərəncama əsasən xüsusi qərargah yaradılmış, daxil olan məlumatların operativ qəbul edilməsi üçün “Qaynar xətt” fəaliyyətə başlamışdır. Xüsusi karantin rejimində polis işçiləri, tibb işçiləri gərgin işləyir.
Operativ Qərargahın tələblərinə uyğun olaraq Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir. Qlobal pandemiya hesab olunan koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şəki Şəhər İcra Hakimiyyəti yanında operativ qərargahın və icra hakimiyyəti tərəfindən yaradılmış mobil qrupların üzvləri şəhərin küçə və prospektlərində, kənd və qəsəbələrdə sakinlər arasında təbliğat və maarifləndirmə işləri aparır, vətəndaşları ciddi ehtiyac olmadıqca evdən çıxmamaları, ehtiyac yarandıqda isə elektron icazə aldıqdan sonra yaşadıqları yeri tərk edə biləcəkləri barədə məlumatlandırırlar, polis əməkdaşları tərəfindən hərəkət məhdudiyyətinin təmin olunmasına nəzarət edilir.
Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə sakinlərə karantin rejiminin tələblərinə riayət edilməsi ilə bağlı çağırışlar edilir. Bundan əlavə, xüsusi maarifləndirici materiallar hazırlanaraq, şəhər ərazisində olan çoxmənzilli yaşayış binalarının bloklarının giriş hissələrinə, avtobus dayanacaqlarına və istirahət parklarının ərazisində vurulur.
Rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatların binaları, şəhər ərazisindəki istirahət parklarının ərazisi, yaşayış binaları, eyni zamanda marşrut avtobusları və dayanacaqlar mütəmadi olaraq dezinfeksiya olunur, küçə və prospektlər xüsusi məhlullar vastəsilə ilə yuyulur.
Şəhər sakinlərinin tibbi maskaya olan tələbatının ödənilməsinə dəstək göstərilməsi üçün Şəki Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə dərzi fəaliyyəti ilə məşğul olan bir qrup şəxsə lazımi şərait yaradılmış və tam steril şəraitdə tibbi maskaların hazırlanmasına başlanmışdır. Hazırlanan tibbi maskalar daha çox ehtiyacı olan sahələrə və şəxslərə verilir, həmçinin könüllülər tərəfindən şəhər sakinlərinə paylanılır.
Karantin rejimi ilə əlaqədar olaraq Şəki şəhərində tənha, ahıl vətəndaşlar və ehtiyacı olan şəxslər daim diqqət mərkəzində saxlanılır,onlara sosial xidmətlər göstərir, zəruri tələbatlarının ödənilməsi həyata keçirilir.
Koronavirusun yayılmasının qarşısının alınması məqsədilə Şəki şəhərində qabaqlayıcı tədbirlər davam etdirilir.
Daha çox xəbər:
DİN məlumat yaydı
Şəkidə icra hakimiyyətinin təşəbbüsü ilə şəhər sakinlərinin tibbi ləvazimatlara olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir
Tibbi maskalarla bağlı qərar
Azərbaycanda koronavirusla bağlı sayt istifadəyə verildi
Sosial layihələr icra edən şirkətlərdən koronovirusa qarşı mübarizəyə dəstək – 100 000 manat