Cəmiyyət
Etiraz aksiyasında xəsarət alanlarla bağlı məlumatlara polisdən reaksiya
Bakı şəhər Baş Polis İdarəsi deputatlığa namizədlər və tərəfdarlarının aksiyası zamanı xəsarət alanlarla bağlı məlumatlara münasibət bildirib.
Bu barədə BŞBPİ-nin mətbuat xidmətinin rəisi Elşad Hacıyev bildirib.
Polis mayoru qeyd edib ki, polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib: "Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması bağlı deyilənlər əsassızdır. Onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb".
Qeyd edək ki, dünən bir qrup deputatlığa namizəd və tərəfdarları növbədənkənar parlament seçkilərinin elan olunmuş ilkin nəticələrinə etiraz etmək üçün Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq aksiya keçirməyə cəhd ediblər. MSK üzvləri onlarla görüşüb, şikayətləri dinləyiblər. Lakin iştirakçılar aksiyanı davam etdirməkdə israrlı olublar. Əraziyə gələn polis aksiyanın qarşısını alıb. Bu zaman aksiya iştirakçıları Ərzulla Buludlu və Rəbiyyə Məmmədovanın xəsarət alması barədə sosial şəbəkələrdə məlumat paylaşıblar.
Daha çox xəbər: