Gündəm
Xətai rayon İcra Hakimiyyəti qanvermə aksiyasına qoşulub - FOTO
Xətai rayon İcra Hakimiyyətinin kollektivi könüllü qanvermə aksiyasında iştirak edib.
Oxu.Az xəbər verir ki, irsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ölkədə keçirilən könüllü qanvermə aksiyasına Xətai rayon İcra Hakimiyyəti Aparatının və struktur sahələrinin kollektivləri də qoşulub.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının həkim kollektivi könüllü olaraq kampaniyaya qoşulanları lazımi müayinələrdən keçirib. Daha sonra isə qanvermə aksiyası həyata keçirilib.
Daha çox xəbər:
Göyçayda gənclərdən maraqlı aksiya - Foto
Şəkidə icra hakimiyyətinin təşəbbüsü ilə şəhər sakinlərinin tibbi ləvazimatlara olan tələbatının ödənilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir
Ağcabədidə hüquq-mühafizə orqanlarının əməkdaşları xeyriyyə aksiyasına qoşuldu - FOTO
Azərbaycanda icra başçısına müavinlər təyin edildi
Heydər Əliyev Fondu ünvanlı sosial yardım alan ailələrə Novruz sovqatları paylayıb