Siyasət
“Cümhuriyyətin varisi bizik, onlar isə vətən xaini” - Siyavuş Novruzov
“Bir-iki nəfər insanlarda elə fikir formalaşdırmağa çalışır ki, guya cümhuriyyətin varisi onlardır”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının ilk iclasında deputat Siyavuş Novruzov deyib.
O bildirib ki, bugünkü Azərbaycan bu cür inkişaf etmiş, dünyada tanınan, dünyada sözünü deyən olmasaydı, hansı varislikdən söhbət gedə bilərdi?
“Cümhuriyyətin varisi bizik. Onlar isə vətən xainləri, erməni lobbisi ilə birləşib Azərbaycana qara yaxanlardır. Biz fikirlərimizi də, rəylərimizi də düzgün istiqamətdə formalaşdırmalıyıq. Bu gün İlham Əliyev həm də Demokratik Cümhuriyyətin prezidentidir”, - deyə C. Novruzov bildirib.
Daha çox xəbər:
Siyavuş Novruzov: “Bəziləri seçicisi olmayan şəxslərin müdafiəsinə qalxır, bu, deputat statusuna uyğun deyil”
Siyavuş Novruzov: Rafael Cəbrayılovla bağlı məsələ hüquqi müstəvidə həllini tapdı
"Bəlkə həmin adam bəraət alacaq?" - YAP-çı deputat həbs olunan başçıdan danışdı
Parlamentin idmançı deputatları – SİYAHI
YAP-da kadr dəyişikliyi: Üç nəfər yeni vəzifəyə seçildi