Cəmiyyət
22:23, 06 may 2020
79
0

"Bəlkə həmin adam bəraət alacaq?" - YAP-çı deputat həbs olunan başçıdan danışdı

"Bəlkə həmin adam bəraət alacaq?" - YAP-çı deputat həbs olunan başçıdan danışdı
“Azərbaycan hüquqi dövlətdir və hər şey qanunlar çərçivəsində həyata keçirilir”.

Bunu Musavat.com-a açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov həbs edilən icra başçılarının partiya sıralarından uzaqlaşdırılmasına münasibət bildirərkən deyib.

“Siyasi partiyalar haqqında qanun və hər bir siyasi partiyanın nizamnaməsində partiyadan xaric etmənin hansı hallarda baş verə biləcəyi yazılır. Partiya üzvü olan şəxs barəsində məhkəmə hökm çıxartdıqdan, həmin şəxsləri təqsirli bilib, cəza təyin etdikdən sonra partiya sıralarında qala bilməz” - deyə Siyavuş Novruzov qeyd edib.

Partiya rəsmisi qeyd edib ki, məhkəmə qərarı olmadan partiya üzvü olan icra başçısı, hər hansı bir şəxs barəsində bu cür addım atıla bilməz: “Bəlkə həmin adam bəraət alacaq? Partiyanın nizamnaməsinin tələbləri də budur”.

Xatırladaq ki, bu günə qədər həbs edilən icra başçılarının hamısı Yeni Azərbaycan Partiyasının üzvləri idi.
Digər xəbərlər: