Gündəm
11:09, 11 may 2020
44
0

"Əbülfəs Qarayev mədəni istefa verməli idi"

"Əbülfəs Qarayev mədəni istefa verməli idi"
“Mədəniyyət Nazirliyinin aparıcı şəxslərinin həbsindən sonra Əbülfəz Qarayev özünü gülünc vəziyyətə qoyub həbsləri alqışlamaqdansa, an içində mədəni bir istefa verməli idi”.

“Yeni Sabah” xəbər verir ki, bunu Real Partiyasının sədri İlqar Məmmədov deyib. O, bildirib ki, neft milyonlarının ölkəyə axdığı vaxtda mədəniyyət naziri olmağa nə vardı ki? “Heç bir dəyər istehsal etmə, oturub ucu-bucağı görünməyən pulları kultur-multuralizm layihələrinə xərclə.

Milli-mədəni tərəqqi siyasətinin siması olmaq üçün Əbülfəz Qarayevin həyatda təhsildən tutmuş təcrübəyə qədər bütün sahələrdə bəxti gətirmişdi. Xarakterdən və görünür, ağıldan başqa. Onun nazirliyi 15 ildə ancaq rusdilli korrupsiyanın rəmzinə çevrildi. Rüşvətin rus, ingilis ya da öz dilimzdə danışılıb götürülməsi nə fərq edir ki?

Respublikaçı Alternativ builki seçki platformasının “Mədəniyyət” hissəsində “İSRAF”la mübarizəni əsas yerə qoyub:

“Mədəniyyət sahəsindəki istehlak və ona xidmət edən idxal son illər milli mədəniyyətin yüksəldilməsi məqsədindən çox dövlət vəsaitlərinin israfı və başqa qeyri-tərəqqipərvər əsaslar üzərində qurulmuşdur”.

İqtisadi vizyonu olmayan adamın bundan sonra o vəzifədə yeri olmamalıdır. REAL-ın hökuməti xərcləməklə yanaşı qazanmağın da yollarını mədəniyyət sahəsinə görüb-göstərən adamı bu vəzifəyə dəvət edəcək”.
Digər xəbərlər: