Cəmiyyət
16:45, 22 may 2020
58
0

Mədəniyyət naziri vəzifəsi müvəqqəti bu şəxsə tapşırıldı - Son dəqiqə

Mədəniyyət naziri vəzifəsi müvəqqəti bu şəxsə tapşırıldı - Son dəqiqə
Azərbaycanın Mədəniyyət naziri vəzifəsinin icrası nazir müavininə tapşırılıb.

"Report”un əldə etdiyi məlumata görə, nazirin səlahiyyətlərini Mədəniyyət nazirinin birinci müavin Vaqif Əliyev icra edir.

O, 2011-ci ilin fevralın 18-də Mədəniyyət və Turizm nazirinin müavini təyin olunub. V.Əliyev 2018-ci ilin mayın 18-dən Mədəniyyət nazirinin birinci müavini vəzifəsini tutur.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev mayın 21-də Əbülfəs Qarayevin vəzifədən azad olunması haqqında sərəncam imzalayıb.
Digər xəbərlər: