Dünya
Ukrayna ilə Rusiya qaz tranziti barədə razılığa gəldilər
Avropa Komissiyası, Ukrayna və Rusiya arasında qaz tranziti barədə prinsipial razılıq əldə olunub.
Rusiya KİV-ləri xəbər verir ki, bu barədə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç məlumat yayıb.
O, həmçinin sazişin hazırlanmasında göstərdiyi yardıma görə Almaniyanın İqtisadiyyat və Energetika nazirinə təşəkkürünü bildirib.
Rusiyanın Energetika naziri Aleksandr Novak tərəflərin yüksək hazırlıq mərhələsində olan protokolun detallı layihəsini hazırladıqlarını təsdiqləyib. Rusiyalı həmkarının sözləri ilə razılaşan Ukraynanın Energetika və Ətraf Mühitin Müdafiəsi naziri Aleksey Orjel tərəflərin protokol üzərində keyfiyyətli iş apardıqlarını deyib. Onun sözlərinə görə, əldə olunan saziş tərəfləri final razılaşmaya yaxınlaşdırır.
Rusiyanın “Qazprom” şirkəti isə öz növbəsində bildirib ki, Kiyev və Moskva arasında danışıqlar bu gün Belarusun paytaxtı Minskdə davam etdiriləcək.(oxu.az)
Daha çox xəbər:
Səfirliyin qarşısına üzərinə bayraq yapışdırılmış unitaz gətirdilər
Rusiya XİN Ankarada Suriya ilə bağlı keçirilən görüş barədə məlumat yayıb
Pekində Azərbaycan və Rusiya prezidentləri arasında görüş olub
“Gömrük Komitəsinin ləğvi gözlənilir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
Moskvada 9 may paradı keçirildi - VİDEO