Cəmiyyət
“Gömrük Komitəsinin ləğvi gözlənilir” – MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Avropa İttifaqı ilə Azərbayacan arasında ikitrəfəli çərçivə sazişinin imzalanması istiqamətində danışıqlar bu il ərzində müsbət həll edilmədi. Yeni sazişin apreldən sonra imzalanacağı mümkündür. Çünki ölkədə keçirilən seçkilərdən sonra saziş üzrə müqavilədə nəzərdə tutulan bəndlərin yerinə yetirlməsi istiqamətində atılacaq addımlar effekt verməyəcək”
Regiitv.az azsiam.info-ya istinadla xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib.
"Dövlət Gömrük Komitəsinin ləğvi, Ümumdünya Ticarət Təşkilatına üzvülük, iqtisadi rəqabətliliyin təmin edilməsi, məhkəmə-hüquq sahəsində islahatlara başlanılması növbəti mərhələdə gözlənilir”,-deyə politoloq əlavə edib.
Əsədullazadə hesab edir ki, Avropa İttifaqı ilə bu saziş üzrə öhdəliklərə əməl edilməsi Azərbaycanın imkanlarını genişləndirəcək: "Bu, Rusiya qarşısında manevr imkanlarını artıra bilər. Həmçinin Avropanın regiona strateji yanaşmasında Azərbaycanın önəmi artıracaq. Bu da Qarabağ münaqisənin həllində aparılan danışıqlarda Ermənistanın mövqeyinin zəiflədilməsi deməkdir”.
Daha çox xəbər:
UEFA Azərbaycanın viza anketində dəyişiklikləri alqışlayıb
Azərbaycanda bu ali rütbəni yalnız onlar daşıyır - SİYAHI
Ukrayna ilə Rusiya qaz tranziti barədə razılığa gəldilər
Spiker: Azərbaycanın qaz ehtiyatları gələcək yüz ildə bizə və tərəfdaşlarımıza kifayət edəcək
Azərbaycan-Türkiyə əlaqələri son 25 ildə.BİR MİLLƏT İKİ DÖVLƏT.