Dünya
Səfirliyin qarşısına üzərinə bayraq yapışdırılmış unitaz gətirdilər
Bir qrup fəal Moskvanın Ukrayna səfirliyinin qarşısına üzərinə Ukrayna bayrağı yapışdırılmış unitazlar gətirib.
Bizimyol.info xəbər verir ki, bayraqla yanaşı unitazın üzərində “Ukraynanın hərbi qüvvələrinə dəstək olaq” yazıları olub. Noyabrın 25-i keçirilən bu etiraz aksiyasında çəkilən fotolar teleqram sosial şəbəkəsində “Ostapa getdik” şərhi ilə sürətlə yayılmağa başlayıb. Qanunu pozan bütün şəxslər təhlükəsizlik orqanları tərəfindən saxlanılıb.
Xatırladaq ki, 2018-ci ildə Kerçensk körfəzində ələ keçirilən üç gəmi Ukraynaya qaytarıldıqdan sonra Ukrayna donanması komandanı İqor Voronçenko gəmilərdən unitazların oğurlandığını iddia edib. Lakin, Rusiya Dövlət Dumasının vitse spikeri Pyotr Tolstoy gəmilərdən heçkəsin heçnə oğurlamadığını qeyd edib. Kiyev isə belə düşünmür. Onların fikrincə, Rusiya həmin gəmilərdən ən kiçik əşyaları belə oğurlayıb. Gəmilərin Ukraynaya təhvil verildiyi zaman orada olan jurnalistlər rusların Ukrayna dənizçilərinin paltarlarını yuyub zivələrdən sərdiyini bildirib. Bundan əlavə, Rusiyanın bu gəmiləri təmir etdiyi də qeyd olunub.
Daha öncə Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyaya müraciət edərək oğurlanan əşyaların qaytarılmasını tələb edəcəyi haqqında məlumat yayılıb.