Siyasət
Rusiya XİN Ankarada Suriya ilə bağlı keçirilən görüş barədə məlumat yayıb
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ankarada Suriya ilə bağlı keçirilən görüş barədə məlumat yayıb.
Rusiya XİN-in saytının verdiyi xəbərə görə, müzakirələr iki mərhələdə olmaqla, fevralın 8-də və 10-da baş tutub.
Ankaradakı müzakirələrdə Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev, Xarici İşlər nazirinin müavini Sergey Verşinin və Müdafiə Nazirliyinin nümayəndələrindən ibarət nümayəndə heyəti iştirak edib.
Türkiyə tərəfindən isə danışıqlara Xarici İşlər nazirinin müavini Sedat Önalın rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb.
Rusiya nümayəndə heyəti həmçinin Türkiyə Prezidentinin siyasi məsələlər üzrə müşaviri İbrahim Kalınla da görüşüb.
“Suriyada, ilk növbədə İdlibin de-eskalasiya zonasındakı son vəziyyəti müzakirə olunub", - deyə XİN-in məlumatında qeyd olunub.(apa)
Daha çox xəbər:
İranın Xarici İşlər naziri Rusiyaya rəsmi səfər edib
Prezident İlham Əliyev Xorvatiya Baş nazirinin müavini ilə görüşüb
İrandakı təyyarə qəzası ilə bağlı Azərbaycan XİN-i MƏLUMAT YAYIB
XİN: Azərbaycan Abxaziyada keçirilmiş qondarma "prezident seçkiləri"nin nəticələrini tanımır
Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub