Hadisə
15:18, 09 oktyabr 2019
104
0

Daş boşaldan “Kamaz” aşdı, yaralı var

Daş boşaldan “Kamaz” aşdı, yaralı var
Qaradağ rayonunda yük avtomobilinin aşması nəticəsində 1 nəfər xəsarət alıb.

Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən daş karxanasında qeydə alınıb.

40 yaşlı Quliyev Malik Nazim oğlu idarə etdiyi “Kamaz” markalı avtomobillə yük boşaldan zaman nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.

Nəticədə sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: