İdman / Foto
15:15, 01 may 2025
146
0

Klublararası idmançılarla yoldaşlıq görüşü keçirildi-FOTOLAR

Klublararası idmançılarla yoldaşlıq görüşü keçirildi-FOTOLAR
Ötən gün 27 aprel tarixində "Nokaut" idman klubunun təşkil etdiyi klublararası yoldaşlıq görüşü "Vətən" idman klubunda həyata keçirilib.
Elşənin təşkilatçılığı ilə keçirilən yarışda 10-dan artıq komandanın rəhbəri və 150-dən çox idmançısı qatılıb. Tədbirdə "Viləş" idman klubunun rəhbəri Şamil Əbilovun 13 nəfərdən ibarət idmançı tələbələri də iştirak etmiş və yüksək əzmlə döyüşərək məharətlərini rəqib komandalara göstərmişdilər.
Qeyd edək ki, İmran Məmmədzadə, Aliyev Ömər, Rzazadə Sənan, Abdullazadə Ümüd, Əzizli Mehrac, Cəfərli Yusif, Səlimli Ərhun ən yaxşı döyüşən idmançılar sırasında yer alıb. Həmçinin yarışa qatılan Ümüd Hacıyev, Ağahacıyev Fərhad, Sultanov Hüseyin, İsmayılzadə Ayxan, Abdullayev Cəbrail,Əliyev İbrahimində adını çəkmək olar.
Sonda qalib komanda üzvləri fərqlənmə diplomu ilə təltif olunmuşdular.
Əlavə olaraq onuda qeyd edək ki, növbəti gün 28 aprel tarixində doğum günü olacaq Şamil Əbilovu təbrik etmək münasibətilə onun yaxın dostları olan Mətanət,
Xalidə, Tünzalə, Akifə,
Səlim və Ramid yarışa qatılmışdı.
Bizdə öz növbəmizdə Şamil Əbilovu təbrik edir, gələcək karyerasında uğurlar arzu edirik.
Digər xəbərlər: