Gündəm
5-ci İslam Həmrəylik Oyunlarının tarixinin dəyişdirilməsi müzakirələrinə Könül Nurullayeva da qatılıb
Dünyanı cənginə alan koronavirus pandemiyası beynəlxalq tədbirlərin, nüfuzlu idman yarışlarının da formatına və qrafikinə təsirsiz ötüşməyib. Mövcud vəziyyətlə əlaqədar İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) İcraiyyə Komitəsi və 2021-ci ildə Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komitəsinin videokonfransı baş tutub.
Report xəbər verir ki, onlayn toplantıda iştirak edən millət vəkili, İHİF İcraiyyə Komitəsinin üzvü, 2021-ci ildə Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva da iştirak edib.
Videokonfransda İslam Həmrəyliyi İdman Federasiyasının rəhbəri şahzadə Əbdüləziz bin Türki əl-Faysal, Türkiyənin Gənclik və İdman naziri Mehmet Meherrem Kasapoğlu, həmçinin, milli olimpiya komitələrinin prezidentləri, eləcə də, İHİF İcraiyyə Komitəsi və 5-ci İslam Həmrəyliyi Oyunları Koordinasiya Komissiyasının üzvləri iştirak edib.
Videokonfrans zamanı koronavirus pandemiyası səbəbindən 2021-ci ildə Türkiyənin Konya şəhərində keçirilməsi nəzərdə tutulan 5-ci İslam Həmrəylik Oyunlarının tarixinin dəyişdirilməsinə baxılması ilə bağlı məsələ müzakirə olunub.
Bu istiqamətdə müxtəlif təkliflər səsləndirilib.
İHİF İcraiyyə Komitəsinin üzvü, 2021-ci il Türkiyədə keçiriləcək 5-ci İslam Həmrəyliyi Oyunları ilə bağlı yaradılmış Əlaqələndirmə Komissiyasının üzvü Könül Nurullayeva da öz növbəsində çıxış edərək, pandemiyanın oyunlara təsiri, həmçinin, beynəlxalq idman tədbirinin keçirilmə vaxtının dəyişdirilməsi ilə bağlı fikirlərini bildirib, müvafiq təkliflər səsləndirib.
Sonda beynəlxalq öhdəlikləri nəzərə alaraq, Türkiyənin oyunlarla bağlı Təşkilat Komitəsinə yeni təkliflər hazırlayaraq, İcraiyyə Komitəsinin müzakirəsinə çıxarmaqla bağlı müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, 4-cü İslam Həmrəyliyi Oyunları 2017-ci il 12-22 may tarixlərində Bakıda keçirilib. Bu beynəlxalq idman tədbiri dörd ildən bir keçirilir.