Dünya
Səudiyyə Ərəbistan 6 İranlını edam etdi.
Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi ölkəyə narkotik maddə gətirməyə çalışdıqları iddiası ilə 6 İran vətəndaşının edam edildiyini açıqlayıb.
Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın verdiyi məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən yayımlanan yazılı açıqlamada, “Cəsim Məhəmməd Şabani, Əbdürrza Yunis Tənkasiri, Xəlil Şəhid Samri, Məhəmməd Cavad Əbdülcəlil, Mehdi Kənan Qənimi və Hür Məhəmməd Şabani adlı İran vətəndaşları ölkəyə narkotik gətirməyə cəhd ediblər” ifadələrinə yer verilib.
Açıqlamada, adıçəkilən şəxslərin saxlanıldığı, məhkəmə qarşısına çıxarıldığı və təqsirli bilinərək edam cəzasına məhkum edildiyi bildirilib. Səudiyyə Ərəbistanı Krallığının həmin məhkəmə qərarının icra edilməsi barədə göstəriş verdiyi vurğulanıb və iranlı məhkumların edam edildiyi qeyd olunub.
İRANIN EDAMLARA REAKSİYASI
Digər tərəfdən, İranın rəsmi xəbər agentliyi IRNA-nın verdiyi xəbərə görə, İran Xarici İşlər Nazirliyi Səudiyyə Ərəbistanının Tehrandakı səfiri Abdullah bin Suud Əl-Anazini nazirliyə çağırıb və ona bu edamlara qarşı “kəskin ifadələrdən ibarət etiraz notası” təqdim edib.

Daha çox xəbər:
Səudiyyə Ərəbistan 6 İranlını edam etdi.
Səudiyyə kralının ən yaxın adamı öldürüldü
XİN başçısının müavini səudiyyəli həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb
Səudiyyə Ərəbistanında qərbli diplomatların olduğu mərasimdə partlayış - VİDEO
Tramp Rusiya və Səudiyyə rəhbərlərinə təşəkkür etdi
İranın Xarici İşlər naziri Rusiyaya rəsmi səfər edib
Cavad Zərif erməni həmkarı ilə görüşdü
Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlıq barəsində müqavilə imzalanması üzrə razılıq əldə olundu
Aİ-nin ali komissarı Jozep Borrel İrana səfər edib
Türkiyənin Daxili İşlər naziri Süleyman Soylunun istefası qəbul edilmədi