Gündəm
Aİ-nin ali komissarı Jozep Borrel İrana səfər edib
Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Jozep Borrel İranda səfərdədir.
Bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi bu gün keçirdiyi mətbuat konfransında deyib.
A.Musəvi bildirib ki, J. Borrel səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani, XİN başçısı Məhəmməd Cavad Zərif və parlamentin spikeri Əli Laricani ilə görüşəcək.
Görüşlərdə əsasən İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planının son durumu, İran və Aİ arasındakı münasibətlər, eləcə də bir sıra regional və beynəlxalq məsələlər müzakirə olunacaq.(apa)
Daha çox xəbər:
İranın Xarici İşlər naziri Rusiyaya rəsmi səfər edib
Ruhani dünyanı SİLKƏLƏDİ: "Sizə 60 gün vaxt verirəm"
Tramp İranın “müsbət” və “pis” addımını açıqladı
“Süleymaninin qətli bölgədəki gərginliyi və müqavimət gücünü artıracaq”
İran geri çəkilmədi, İsrail müharibə elan etdi - Dəhşətli döyüşlər BAŞLAYIR