Siyasət
XİN başçısının müavini səudiyyəli həmkarını Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb
Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Yalçın Rəfiyev dekabrın 7-də Səudiyyə Ərəbistanı Krallığında səfərdə olub.
regiitv.az “Report”a istinadən deyir ki,bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Səfər zamanı Y.Rəfiyev Səudiyyə Ərəbistanı xarici işlər nazirinin birinci müavini Valid Əl-Xureyci ilə görüşüb.
Görüş zamanı Azərbaycan və Səudiyyə Ərəbiatanı arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, əməkdaşlığın hərtərəfli inkişafı yolları müzakirə edilib.
Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini Beynəlxalq EXPO-2030 Sərgisinə və 2034-cü il futbol üzrə dünya çempionatına ev sahibliyi üçün ölkəsinin namizdəliyinə verilən dəstəyə görə Azərbaycana minnətdarlığını bildirib.
Y.Rəfiyev Səudiyyə Ərəbistanının Humanitar Yardım və Qayğı Mərkəzi tərəfindən Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin minalardan təmizlənməsi işində verilən dəstəyə görə səudiyyəli nazir müavininə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsi razılaşdırılıb.
Y.Rəfiyev səudiyyəli həmkarını Cənubi Qafqaz regionunda postmünaqişə dövründə gedən proseslər və Azərbaycanın sülh təşəbbüsləri barədə məlumatlandırıb.
Tərəflər iqtisadi sahədə əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğunu vurğulayıblar.
Görüş zamanı ortaq maraq kəsb edən bir sıra beynəlxalq və regional məsələlər barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.
Daha çox xəbər:
Səudiyyə kralının ən yaxın adamı öldürüldü
Səudiyyə Ərəbistanında qərbli diplomatların olduğu mərasimdə partlayış - VİDEO
Polad Bülbüloğlu Rusiya XİN başçısının müavini ilə görüşüb
İranın Xarici İşlər naziri Rusiyaya rəsmi səfər edib
Cavad Zərifin Azərbaycana səfərinin tarixi açıqlandı
Rusiya XİN Ankarada Suriya ilə bağlı keçirilən görüş barədə məlumat yayıb
Amrahbank ilə Səudiyyə İnkişaf Fondu arasında əməkdaşlıq barəsində müqavilə imzalanması üzrə razılıq əldə olundu
Prezident İlham Əliyev Xorvatiya Baş nazirinin müavini ilə görüşüb
Yeni Xarici işlər naziri Ceyhun Bayramovun TƏRCÜMEYİ-HALI
Tramp Rusiya və Səudiyyə rəhbərlərinə təşəkkür etdi