Foto
23:08, 21 iyun 2024
6
0

Şəhid Bəxtiyar İdrisov İxtiyar oğlu



İdrisov Bəxtiyar İxtiyar oğlu 16 dekabr 2004-cü ildə Şəki rayonunun Aşağı Laysqı kəndində anadan olub. Şəki rayonu Aşağı Göynük kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini tamamladıqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin sıralarına xidmətə çağrılıb.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan İdrisov Bəxtiyar İxtiyar oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 22 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonunda şəhid olub.

Şəki rayonu Aşağı Layısqı kənd qəbiristanlığında dəfn edilib.

Digər xəbərlər: