Cəmiyyət
20:56, 27 mart 2021
54
0

Şəhid ailələrinə dəstək tədbirləri davam edir

Şəhid ailələrinə dəstək tədbirləri davam edir Vətən müharibəsi zamanı şəhid olmuş və itkin düşmüş hərbi qulluqçuların, eləcə də qazilərin ailə üzvlərinin Müdafiə Nazirliyi mütəxəssis-psixoloqları və yerli icra hakimiyyəti nümayəndələri tərəfindən ziyarəti davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirliyin, həmçinin Salyan, Neftçala, Cəlilabad, Ağcabədi, Tərtər, Hacıqabul rayonları və Mingəçevir şəhər icra hakimiyyətlərinin nümayəndələri ailələrin sosial problemlərini öyrəniblər. Psixoloji yardıma və reabilitasiyaya ehtiyacı olan şəxslər müəyyənləşdirilib, onlara sosial-psixoloji dəstək göstərilib.

Bu qəbildən olan vətəndaşların problemləri daim diqqət mərkəzində saxlanılır və onlara dəstək tədbirləri davam etdirilir.
Digər xəbərlər: