Gündəm
21:55, 02 noyabr 2023
2
0

Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan müqaviləni təsdiqləyib


Türkiyə ilə Azərbaycan arasında heyvan sağlamlığı sahəsində yardımın edilməsinə dair müqavilə təsdiqlənib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə qərar imzalayıb.

Sənədi bu il avqustun 8-də Ankarada Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov və Türkiyənin kənd təsərrüfatı və meşə nazirinin müavini Ahmet Gümen imzalayıblar.

Müqavilə iki ölkənin heyvan xəstəlikləri ilə mübarizə sahəsində əməkdaşlığını nəzərdə tutur.

Sənədə əsasən, Türkiyə Azərbaycana dabaq xəstəliyi ilə mübarizə üçün 250 min doza SAT-2 antigen tərkibli 1 valentli dabaq peyvəndini ödənişsiz verəcək.
Digər xəbərlər: