Gündəm / Hadisə
13:30, 19 sentyabr 2023
2
0

Xocavənddə mina partlayışında 7 polis əməkdaşı həlak olub.

Xocavənddə mina partlayışında 7 polis əməkdaşı həlak olub.
Füzuli rayonu ərazisində polislərin olduğu yük avtomobili aşıb.
Nəticədə DİN-in 3 əməkdaşı hadisə yerində həyatını itirib,6 əməkdaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bundan bir qədər sonra Xocavənd rayonunun Tağaverd kəndi ərazisində erməni diversiya qrupunun törətdiyi terror aktı nəticəsində Əhmədbəyli-Füzuli-Şuşa yolunda çalışan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 2 əməkdaşı həlak olub.
Saat 04:30 radələrində DİN’in əməkdaşlarının olduğu “Kamaz” markalı digər nəqliyyat vasitəsi hadisənin baş verdiyi yerə çatarkən terrorçuların basdırdığı digər mina da partlayıb.Nəticədə nəqliyyat vasitəsində olan polis əməkdaşları 05.02.1994-cü il təvəllüdlü Camalzadə Asim Knyaz oğlu, 08.07.1987-ci il təvəllüdlü Şirinov Ramil Arif oğlu, 12.07.1991-ci il təvəllüdlü Mahmudov Seymur Elsəvər oğlu və 21.07.1998-ci il təvəllüdlü Zamanov Xəzər Azər oğlu hadisə yerində həlak olub.
Beləliklə,baş vermiş qəzada 3,terrorda 4 nəfər olmaqla ümumillikdə 7 polis əməkdaşı həlak olub.
Digər xəbərlər: