Dünya
Rusiya müdafiə nazirinin müavininin yeni PUA və raketlər üçün İrana getdiyi ehtimal edilir
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Məhəmməd Baqiri Rusiya müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin ilə Tehranda görüşüb. Tərəflər pilotsuz uçuş aparatlarının (PUA) və raketlərin yeni tədarüklərini müzakirə edə bilərlər.
“Report” “RBC-Ukraine” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
İranın rəsmi dövlət mediasının verdiyi məlumata görə, onlar hərbi əməkdaşlığı müzakirə ediblər.
“Ola bilsin ki, onlar Ukraynada istifadə üçün İran PAU-larının və raketlərinin Rusiyaya satılmasını müzakirə ediblər. Məhəmməd Baqiri İranın müdafiə baş komandanıdır, hərbi siyasət və strateji rəhbərliyə cavabdehdir”- məlumatda vruğulanıb.
Xatırladaq ki, Rusiya hərbçiləri iki həftədən artıqdır ki, İranın pilotsuz uçuş aparatlarını Ukraynada istifadə etmir. Bu, PUA-ların ilk partiyasının artıq başa çatdığını göstərə bilər.
Daha çox xəbər:
HƏR ŞEY DƏYİŞİR: Türkiyə PUA-ları 15 kilometrdən vuracaq - RUSLAR BACARMADI...
Türkiyənin PUA-ları Rusiyaya milyardlarla ziyan vurdu - Mütəxəssis
İranın Xarici İşlər naziri Rusiyaya rəsmi səfər edib
Kimi öldürəcəyini özü seçə bilən PUA yaradıldı
Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu - VİDEO
Cavad Zərifin Azərbaycana səfərinin tarixi açıqlandı
Rusiya XİN Ankarada Suriya ilə bağlı keçirilən görüş barədə məlumat yayıb
Prezident şəhid generalla polkovnikin ailəsinə EV VERDİ
MN: Nəcməddin Sadıkov hazırda xidmət yerindədir və vəzifələrini icra edir
Azərbaycanda kimlər general-polkovnikdir? - SİYAHI