Siyasət
Azərbaycanda kimlər general-polkovnikdir? - SİYAHI
Xəbər verdiyimiz kimi, dünən Prezident İlham Əliyevin sərəncamıyla general-leytenant Kərəm Mustafayevə general- polkovnik hərbi rütbəsi verilib.
“Qafqazinfo”nun məlumatına görə, Azərbaycanda bununla da sözügedən ali hərbi rütbəni daşıyan məmurların sayı 18-ə çatıb. Bundan əvvəl isə, 17 məmura general-polkovnik hərbi rütbəsi verilib.
Qeyd edək ki, general-polkovnik hərbi rütbəsi güc strukturlarında ən yüksək ali rütbə hesab edilir.
Sözügedən rütbəylə təltif edilən şəxslərin adlarını təqdim edirik:
1. Zakir Həsənov - Müdafiə naziri
2. Nəcməddin Sadıqov - Müdafiə nazirinin 1-ci müavini, Silahlı Qüvvələrin Baş Qərargah rəisi
3. Ramil Usubov – Eks Daxili İşlər naziri, Prezident yanında Təhlukəsizlik Şurasının katibi
4. Kəmaləddin Heydərov - Fövqəladə Hallar naziri
5. Elçin Quliyev - Dövlət Sərhəd Xidmətinin rəisi
6. Vaqif Axundov - Sabiq Xüsusi Dövlət Mühafizəsi Xidmətinin rəisi
7. Bəylər Əyyubov - Xüsusi Dövlət Mühafizəsi Xidməti rəisinin 1-ci müavini və Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi
8. Namiq Abbasov - Azərbaycanın sabiq milli təhlükəsizlik naziri
9. Səfər Əbiyev – Sabiq müdafiə naziri
10. Eldar Mahmudov - sabiq milli təhlükəsizlik naziri
11. Tofiq Ağahüseynov - Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Təşkilatının sədri (SSRİ Silahlı Qüvvələrində general-polkovnik rütbəsi alan ilk azərbaycanlı)
12. Aydın Əliyev - Dövlət Gömrük Komitəsinin keçmiş sədri
13. Zakir Qaralov – Sabiq Baş prokuror, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)
14. Fikrət Məmmədov – Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri (general-polkovnik)
15. Fazil Məmmədov – Sabiq Vergilər naziri I dərəcəli dövlət vergi xidməti müşaviri (general-polkovnik)
16. Mədət Quliyev- Müdafiə Sənayesi naziri
17. Səfər Mehdiyev- Dövlət Gömrük Komitəsinin sədri
18. Kərəm Mustafayev- Müdafiə nazirinin müavini