Təhsil
Alim öldü,Aləm öldü
SDU-da qanun şah deyil, şah qanundur...
"Alim öldü, aləm öldü".
Bu deyimi nə vaxt, hansı hadisə ilə əlaqədar işlədiblər bilmirəm, amma ibrətamiz yükü çox böyükdür. Elmə, elm daşıyıcısı alimə, təhsilə, savada verilən yüksək bir dəyərin göstəricisidir. Amma, əfsuslar olsun ki, bu ibrətamiz kəlamın da müasir Azərbaycanmızda, addımbaşı tapdalanıb, tüprülən qanunlarımız kimi, öz dəyərini çoxdan itirməsi göz önündədi. Yüksək, yuxarı eşalonda elmə, təhsilə, savada verilən dırnaqarası dəyərin hansı vəziyyətdə olduğunu, Milli Elmlər Akademiyasında, təhsil ocaqlarmızda; İnstitut, universitet, kollec və umumtəhsil məktəblərmizdə sürətlə gedən deqredasiyaya diqqət yetirərkən əyani şəkildə görmək mümkündür. Lakin bizim söhbətimiz, yuxarı eşalonda baş verenlərə aydınlıq gətirməklə yox, bir alimin, həyatının çox hissəsini elmə həsr etmiş, gələcəymiz olan gənc nəslin təlim - tərbiyyəsində ömrünü şam kimi əritmiş, onlarla elmə həvəs göstərənin yoluna işıq salmiş, Təhsil Naziri hörmətli Emin Əmirullayevin də şəxsən tanıdığı nümunəvi bir pedaqoqun SDU-da qruplaşmış cinayətkar dəstə tərəfindən başına açılan oyunların bu gün də davam etdirilməsi ilə bağlıdır.
"Alim öldü, aləm öldü" ibrətamiz ifadəsinə də məhz bu səbəbdən müraciət etmişik...
Bu yaxınlarda, mövcud qanunlarmızda olan boşluqlara nümunə kimi hörmətli vəkillərimizdən birinin "Əmək Məcəlləsi" nin 70-ci maddəsinin "Ç" bəndinə istinad etməsi yerində olan düzgün iraddır . Hörmətli vəkil haqlı olaraq bu ağırlaşdırıcı maddəni insanın gələcəyini, işləmək huququnu məhv etməyə yönəlmiş bir maddə kimi dəyərləndirmişdi.
Bizim söhbət açacağımız nümunəvi bir pedaqoqun da gələcək perspektivli elmi-pedaqoji fəaliyyətinə ağırlaşdırıcı 70 "Ç" maddəsi üzrə qəddarlıqla son qoyulmuşdur. Bu ziyalı insanla müəyyən müddət bir yerdə işləyib elminə, nəcib şəxsi keyfiyyətlərinə yaxşı bələd olan Təhsil Nazirimiz hörmətli Emin Əmirullayevin SDU-da başverənlərə münasibət bildirməməsi, göz görə-görə bu alimin gələcək taleyinin məhv edilməsini laqeydliklə seyr etməsi, həqiqətən də çox ağırdı. Əgər bu adam, adi fəhlə olsaydı, düşünərdik ki, bu iş olmasın, gedib başqa işlərdə çalışmaqla, öz güzəranın, dolanışığın təmin edə bilər. Amma alimin, elm adamının bir cinayətkar dəstə tərəfindən bu vəziyyətə salınması, təhsildə sözsahibi olanın isə bu qanun pozğunluğuna, mənəvi terrora seyrçi yanaşması çox dəhşətli və acınacaqlı haldır. Həqiqətən də dövlətin təhsil siyasətini həyata keçirən Təhsil Nazirinin sərgilədiyi bu laqeyid münasibət, bizə də haqq verir ki, "ALİM ÖLDÜ, ALƏM ÖLDÜ" ibratamiz ifadəyə istinad etməklə yenidən bu mövzuya qayıdaq...
Nəzərinizə çatdırmaq istəyirik ki,
haqqını "ədalət" məhkəmələrində axtaran SDU-nun attesttatlı dosenti Neyman Nərman oglu Xasayevin işə bərpa iddia ərizəsi hakim adına qara ləkə salanların çıxardıqları ədalətsiz qərar və qətnamələr səbəbindən bir il yarım müddət ərzində hələ də öz müsbət həllini tapmamışdır. Neyman müəllimin qeyri-qanuni işdən azad edilməsi, məhkəmələrin isə onun işə bərpa iddia ərzilərinə dair ədalətsiz qərar və qətnamələr qəbul etmələri ilə bağlı dövrü mətbuatda bir neçə yazı dərc etdirmişik. Həmin məqalələrdə 25 ildən artıq Ali məktəb sistemində nümunəvi pedaqoq, tarixçi alim kimi fəaliyyət göstərmiş Neyman Nərman oğlu Xasayevin qanunazidd olaraq işdən azad edilməsi haqqında şərhlərimizi geniş oxucu kütləsinin müzakirəsinə təqdim etmişdik. İctimai rəyə təqdim etdiyimiz məqalələrimizdə SDU-nu 2014-çü ildən şəxsi mülkiyyəti olaraq idarə edib yaxşı rüşvət alıdığına görə korrupsiya ortağları dekan Adil Baxşəliyev və kafedra müdiri, pedaqoq, alim adına ləkə Sona Məhərrəmova kimiləri seçki yolu ilə deyil, təyinatla vəzifəyə gətirən rektor Elxan Huseynovun bu tip qanundankənar əməllərini də qınaq obyektinə çevirmişik. Bu zaman rektorun vəzifə səlahiyyətlərindən sui-istifadə yolu ilə
heç bir hüquqi əsasa söykənmədən 5 il ərzində Universitetdə ən nümunəvi müəllim kimi fəaliyyət göstərmiş attestatlı dosent N.Xasayevi Əmək Məcəlləsinin ən ağır, 70 Ç maddəsinə istinadən işdən azad etməsi üzərində ciddi gəzişmələr edərək həqiqətləri işıqlandırmağı da özümüzə borc bilmişik. Rektorun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müəllimi heç bir qanuni əsas olmadan ağırlasdirıcı 70 Ç maddəsi üzrə işdən çıxarması faktının cinayət əməli olduğunu sübut və dəlillərimizlə əsaslandırmışıq. Qeyd edək ki, rektor ağırlaşdırıcı 70 Ç maddəsi üzrə müəllimi qeyri-qanuni şəkildə işdən azad edərkən onun hər hansı bir yerdə işləmək hüququnu da qəti şəkildə, cinayətkarcasına əlindən almışdır. Əyər ilyarım davam edən, üzücü məhkəmə prosesi zamanı qanunların aliliyi təmin edilsəydi... rektor yalnız bu cinayət əməlinə görə tutduğu vəzifədən dərhal azad olunub məsuliyyətə cəlb edilməli idi...
Şəxsiyyətinə, karyerasına, əmək funksiyasına qəsdən vurulan sarsıdıcı zərbə və səhhətinə edilən mənəvi terrorla haqlı olaraq razılaşmayan dosent Neyman Xasayev işə bərpa ərizəsi ilə dərhal Sumqayıt Şəhər Məhkəməsinə müraciət etsə də əfsus ki, onun qanuni tələbi şəxsi maraqlarını üstün bilən hakim Rəşad Qoşqarlının çıxardığı ədalətsiz qətnamə ilə təmin edilməmişdir. Məqalələrimizdə onu da qeyd etmişdik ki, işə bərpa ərizəsini rədd etmək üçün heçbir qanuni əsas tapmayan hakim Rəşad Qoşqarlı rektorla şəxsi maraqlarını təmin etmək naminə qeyri-qanuni yolla əlaqəyə ğirərək məhkəmə prosesinin gedişində müəllimə axırıncı dəfə xəbərdarlıq edilməklə şiddətli töhmətin verilməsinə dair saxta bir sənədi alib iş materiallarına yerləşdirmişdir. Onu da nəzərinizə çatdıraq
ki, axırıncı dəfə xəbərdarlıq edilməklə müəllimə şiddətli töhmət verilməsi barədə sənədin saxta olub sonradan məhkəmə prosesinin gedişində işə əlavə edilməsi faktı Respublikanın ən nüfuzlu vəkilləri sırasında təmsil olunan Vüqar Xasayev tərəfindən aşağıdakı dəlillərin gətirilməsi ilə sübuta yetirilmişdir: 1.Müəllimə əyər şiddətli töhmət verilmişdisə niyə görə ən xırda, hüquqi əsası olmayan saxta şifahi xəbərdarlıqlar, izahatlar işdən azad olunma əmrində göstərildiyi halda şiddətli töhmətə istinad edilməyib? Buna görə də şiddətli töhmət saxtadır . 2. Şiddətli töhmət işçi üçün elə bir ağır cəza növüdür ki, onunla bağlı cavabdehdən mütləq izahat alınmalı və töhmətlə birlikdə hesabat kitabına salınmalıdır. Lakin bunu təsdiq edən sənədlər məhkəməyə təqdim edilməyib. Bu baxımdan da şiddətli töhmət saxtadır. 3. Axırıncı dəfə xəbərdarlıq edilməklə şiddətli töhmət almış işçi necə olur ki , bu ağır cəzadan heç 4 ay keçməmiş SDU-nun ən nümunəvi müəllimi kimi Türkiyə və Azərbaycan Təhsil Nazirliklərinin razılığı, rektorun əmri əsasında qardaş ölkənin 52 min tələbəsi, 5 min müəllim kontingenti olan nüfuzlu Aydın Adnan Menderes Universitetinə göndərilir? Müəllim Türkiyənin bu məşhur Universitetindən nümunəvi fəaliyyətini özündə əks etdirən, rektora minnətdarlıq hissi ilə yazılmış yüksək səviyyəli sertifikatla geri dönür. Bu tutarlı faktlar da şiddətli töhmətin saxta olmasını sübuta yetirir. 4. Bu şiddətli töhmətdən sonra niyə görə müəllim fakültənin ən nümunəvi metodisti kimi Dövlət İmtahan Komissiyasının beş üzvündən biri vəzifəsində 2020-ci ilin 1 oktyabr tarixinə - yeni işdən azad edilənə qədər fəaliyyət göstərib? Bu faktı müəllimin Dövlət İmtahan Komissiyasının yekun protokollarına 2020-ci ilin iyul ayında Türk xalqlarının tarixi və Tarixin tədrisi metodikası fənləri üzrə çəkdiyi onlarla imzalar təsdiq edir. Axı o, aldığı şiddətli töhmətə görə dərhal komissiya üzvliyindən çıxarılmalı idi. Bu mühüm amil də dırnaqarası şiddətli töhmətin işdən çıxarılmaya dair saxta əmrdən sonra, məhkəmə prosesinin gedişində rektor tərəfindən tərtib edilərək məhkəmə materiallarına əlavə olunmasından xəbər verir. 5. Əyər müəllim rektor tərəfindən şiddətli töhmətlə cəzalandırılmışdısa onda niyə görə 18 nəfərlik kafedra əməkdaşlarından yalnız dosent Neyman Xasayevin sənədləri 2019-cu ilin noyabr ayında nümunəvi bilinərək Tarix və Filologiya fakültəsi ilə bağlı Universitetdə yaradılacaq ixtisaslaşmış müdafiə şurasına namizəd kimi Respublika Prezidenti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasına təqdim edilib? Bu mühim amil də 2019-cu ilin iyun ayının 24 tarixində müəllimə verilmiş şiddətli töhmətin saxta olmasının qabarıq ğostəricisidir. 6. Müəllim əyər şiddətli töhmət almışdısa niyə görə adı nümunəvi müəllimlərə hər ay 100 manat mükafat olaraq verilən siyahıda saxlanılıb? 7. Əyər müəllim şiddətli töhmət almışdısa onda niyə görə 2020-ci ilin fevral ayının 13-də Universitetin genişləndirilmiş Elmi Şurasının iclasında Tarix və coğrafiya fakültəsinə elmi işlər üzrə dekan müavini vəzifəsinə yalnız onun namizədliyi rəsmən irəli sürülüb? Hörmətli oxucular, bu tutarlı və haqlı dəlillər müəllimə axırıncı dəfə xəbərdarlıq edilməklə verilən şiddətli töhmətin saxta sənəd olduğunu qabarıq şəkildə sübut etmirmi? Eyni zamanda müəllimə Universitetdə şəxsinə yönələn, mənəvi terrorla bağlı bülletendən kənar iki gün işe gec çıxması səbəbindən edilmiş yazılı xəbərdarlığın da Əmək Məcəlləsinə görə işçi üçün tənbeh forması olmadığı hüquqi nöqteyi- nəzərdən məhkəmələrdə tamamı ilə əsaslandırilmışdır. Məhkəmə proseslərinin gedişi zamanı müəllimin əleyhinə kafedra əməkdaşları tərəfindən onu öz kreslolarına təhlükə bilən dekan Adil Baxşəliyev və kafedra müdiri Sona Məhərrəmovanın təhriki ilə rektorun adına yazılmış şikayət ərizələrinin heç birində dərkənarın qoyulmamsı faktı isə həm bu ərizələrin hüquqi əsaslarının olmadığını üzə çıxarmış , həm də Sumqayıt Şəhər Məhkəməsi gedərkən saxta şiddətli töhmət kimi saxtakarlıqla tərtib edildiyini də sübuta yetirmişdir. Məhkəmə prosesinin gedişində çox hörmətli vəkil tərəfindən o da sübuta yetirilmişdi ki, əmrdə əsas götrülmüş şifahi xəbərdarlıqlar da müəllimdən bu barədə izahat alınmadığına görə sonradan tərtib edilmiş saxta sənədlərdir. Həmçinin Əmək Məcəlləsinə görə şifahi xəbərdarlıqlar da yazılı xəbərdarlıq kimi işçi üçün tənbeh forması hesab edilə bilməz. Ən başlıcası geniş elmi dünyagörüşə, yüksək peşəkarlıq qabiliyyətinə malik bir vəkil kimi tanınan Vüqar Xasayev onu da sübuta yetirmişdi ki, saxtakarlıqla yoğrulmuş bu əmrə əsas olacaq bütün əsassız tənbeh formaları müddətləri çoxdan sona çatdıqlarına gore qüvvədən düşmüş hesab olunurlar. Elə bu dəlil və sübutları əsas götürən Sumqayıt Apelyasiya Məhkəməsinin hakimi Cənab Səyyad Qafari Sumqayıt Şəhər Məhkəmsinin ədalətsiz, şəxsi maraqlar zəminində verilmiş qanunazidd qətnaməsini ləğv edərək müəllimin iddia ərizəsini qismən təmin etməklə məcburi işdən qalmaya görə əmək haqqının tam ödənilməsi, işlədiyi kafedraya dosent vəzifəsinə bərpası barədə yeni qətnamə qəbul etmişdi. Lakin məhkəmələrin ələbaxımlılğını, korrupsiyayaya və rüşvətə bulaşmaqla haqlının deyil haqsızın xeyrinə qərar verdiyini yaxşı bilən və bu yolla Universitetdə törətdiyi neçə ağır əməllərin izini itirən rektor Sumqayıt Apelyasiya məhkəməsinin bu qətnaməsindən Ali Məhkəməyə kassasiya şikayəti vermişdir. Bununla da həmişə yararlanaraq neçə-neçə gunahsızın haqqını tapdalatdırdıgı çirkli yollarla Ali Məhkəmənin hakimi Mehparə Əhmədovanı ələalıb
işi yenidən baxılmaq üçün Sumqayıt Apelyasiya Məhkəməsinə qaytarmağa müvəffəq olmuşdur.
Bu dünyanı əsas götürüb törətdiyi naqis əməllərə görə Axirət dünyasında Allah qarşısında qurulacaq divanın hökmü ilə cəzalanacağı haqqında düşünməyən bu qoca, 75 yaşlı rektor çirkli yolla getməyə yenidən üstünlük verərək Sumqayıt Apelyasiya Məhkəməsinin yeni sədri, Tofiq Paşayev və məhkəmə - hüquq sistemində daim öz şəxsi maraqlarından çıxış etməsinə görə xüsusi ad çixarmış Gülnarə Tagızdə ilə də asanliqla əlaqəyə girə bilmişdir. Nəticədə 2022-ci il 31 yanvar tarixində , şəxsi maraqlarından çıxış etməsi ilə bütün haqlı tərəflərin nifrətini, kinini qazanmış Ğulnarə Tağızadənin sədrliyi ilə keçən Sumqayıt Apelyasiya Məhkəməsinin iclas salonunda müəllimin işə bərpa ərizəsi heç bir hüquqi əsasa söykənmədən qəddarlıqla rədd edilmiş, Sumqayıt Şəhər Məhkəmsinin hakimi Rəşad Qoşqarlının çıxardığı hər hansı hüquqi əsası olmayan qətnamə isə qüvvədə saxlanılmışdır Onu da qeyd edək ki, müəllim 2014-çu ildən bu günə qədər SDU-da törətdiyi bütün naqis əməllərin, qanun pozğunluqlarının izini itirmiş rektorun, hakimlərlə yenidən çirkli yolla dil tapıb məhkəmədə haqlı çıxacağını bildiyi üçün birinci Vitse-prezident Mehriban xanım Əliyevaya, Məhkəmə Hüquq Şurasının sədri Cənab Fikrət Məmmədova işə obyektiv yanaşılması barədə müraciət etmiş, hətta bizim müəllimin haqlı tələbini işıqlandıran məqalələrimizi də müraciətlərinə əlavə etmişdir. Lakin Ali Məhkəmənin sədri tərəfindən yerində olmayan, ələbaxım, şəxsi maraqlarına üstünlük verən hakimlərin cəzalandırılmaması reallığından irəli gələrək müəllimin iddia ərizəsi təmin edilməmişdir. Haşiyə olaraq qeyd edək ki, SDU-da hökm sürən özbaşnalıqlar, tələbə və magistrlərdən imtahanlarda, diplom və dissertasiya işlərinin mudafiələri zamanı külli miqdarda korrupsiya xarakterli rüşvətin alınması faktları KİV-də dəfələrlə işıqlandirlsa da bütun bu neqativ, qanuna zidd əməllərə qarşı aidiyyəti orqanlar tərəfindən hələ ki, heçbir tədbir görülməmişdir. Aidiyyəti orqanların ciddi tədbir görməməsi səbəbindən irəli gələrək ekstremist dini təriqətçi, Fetoçu Samir Kərimlinin və Vahabi Sarvan Bədəlovun Tarix və onun tədrisi metodikası kafedrasının əməkdaşları kimi Universitetdə qurduqları yeraltı və yerüstü şəbəkə tələbələr arasında qanundankənar fəaliyyətini bu gün də durmadan genişləndirməkdədir. Haşiyə olaraq qeyd edək ki, SDU-da cərəyan edən bu cinayət xarakterli əməllər barədə dosent Neyman Xasyevin Təhsil Naziri Emin Emirullayevə etdiyi şəxsi müraciətə etinasız yanaşılmış, hansısa bir kuryer tərəfindən məsələyə aidiyyəti olmayan başdansovdu cavab verilmişdir. Hətta, I Vitse-prezident Mehriban xanım Əliyevanın SDU-da ciddi qayda - qanun yaratmağa dair etdiyi müraciətə də laqeyd yanaşılmış, belə fərdi işlərin məhkəmədə həll olunmasına dair etinasız cavab verilmişdir. Bu onu göstərir ki, Təhsil Ňaziri Emin Əmirullayev ya sərbəst qərar qəbul edib həqiqətləri araşdırmaq gücündə deyil, ya da özü şəxsən SDU-dadakı bütün hüquq , qanun pozğunluqları, bakalavr və magistrantların kütləvi şəkildə rüşvətə cəlb olunmaları, rüşvət verə bilmədiyi səbəbindən müvəffəq qiymət almadığına görə ı kurs tələbəsinin özünə qəsd etməsi, tələbələrin rəhbərliyin məsuliyyətsizliyi üzündən avtomabil qəzasında həyatlarını itirmələri barədə rəsmi saytlarda gedən məlumatlardan yaxşı xəbərdar olsa da, hansısa müəmmalı səbəblərdən irəli gələrək bu Ali təhsil ocağındakı cinayət xarakterli əməllərə qəsdən göz yumur...
Dosent Neyman Xasayevin və onun vəkili Vüqar Xasayevin necə prinsipial, sözübütov, qanunun aliliyinə riayət edən şəxsiyyətlər olub haqq- ədalətin bərpası uğurunda apardıqları mübarizəni sona qədər davam etdirəcəkləri onları tanıyan hərkəsə yaxşı məlumdur. Yəni onlar Ali Məhkəmədə pozulmuş hüquqları təmin olunmadığı təqdirdə obyektiv formada Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinə istinad etməklə SDU-da, Azərbaycan Məhkəmə-huquq sistemində baş verən qanun, hüquq pozğunluqlarını aşkar etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumuna və paralel olaraq Avropa İnsan Haqları Məhkəməsinə qədər bu işi çıxarmaqda israrlıdırlar. Əyər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi də onların pozulmuş hüquqlarını bərpa edib, yuxarıda adları çəkilən cinayətkar, məsul fiziki və hüquqi şəxslərlə baglı qanuni ölçü götürulməsi barədə göstəriş verməsə onda bu cinayət xarakterli qanun pozğunluqlarına Avropa İnsan Haqları Məhkəməsində ədalətlə baxilacaq. Bu zaman yəqin ki, SDU-nun rektoru Elxan Hüseynovun uzun və əyri əlləri Avropa İnsan Haqları Məhkəməsinə cirkili yollarla gedib çata bilməyəcək... Nəticədə əminliklə deyə bilərik ki, Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı ədalətli qərara əsasən dosent Neyman Nərman oglu Xasayevin həm pozulmuş bütün hüquqları bərpa olunacaq, həm də ona dəymiş külli miqdarda mənəvi ziyanı SDU rəhbərliyi tam şəkildə ödəməli olacaq. Bu isə nəinki, Azərbaycan Respublikasının Məhkəmə - hüquq sisteminə, orqanlarına, hətta qalıb ölkəyə belə başucalığı gətirməyəcək ... Yəqin ki, bu rüsvayçılıqdan xəbər tutan Prezident Cənab İlham Əliyev və ı Vitse-prezident Mehriban xanım Əliyeva qanunun tələblərini şəxsi maraqları naminə pozan yuxarıda adlarını qeyd etdiyimiz hakimlərin barəsində ciddi ölçü götürmək haqqında göstəriş verəcəklər. SDU-nun Tarix və coğrafiya fakültəsinin qeyri-qanuni dekanı Adil Baxşəliyevin, Tarix və onun tədrisi metodikası kafedrasının qeyri-qanuni müdiri Sona Məhərrəmovanın, Fetoçu Samir Kərimlinin, vahabi Sarvan Bədəlovun və rektor Elxan Hüseynovun isə törətdikləri qanunazidd əməllərə görə cəzaları çox ağır formada veriləcək... Əlbəttə ki, SDU-da baş verən qanun pozğunluqları barədə birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Təhsil Nazirliyinə göndərilən məktub və bir neçə ildir ki KİV-lərdə yayılan çoxsaylı məqalələr vasitəsi ilə xəbərdar edilən, lakin əsas məsul fiziki şəxs kimi bunlara qarşı heç bir ölçü götürməyən Təhsil Naziri Emin Əmrullayev də ölkə başçısı qarşısında cavab vermək məsuliyyətindən yayına bilməyəcək...
Daha çox xəbər:
21 yaşlı gənc narkotik vasitənin yüksək təsirindən öldü
“TikTok” üçün video çəkən gənc faciəli şəkildə öldü
Goranboyda avtomobil kafeyə çırpıldı, sürücü hadisə yerində öldü - VİDEO
Soyuq hava koronavirusu sürətlə yayır? - Virusoloq açıqladı
Bakıda tələbə qız faciəvi şəkildə öldü - FOTO
Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub - FOTO
Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək öldü
XİN-də yüksək vəzifəli məmur koronavirusdan öldü
Çox sayda uşaq koronavirusdan öldü, fövqəladə vəziyyət ELAN EDİLDİ
Milli Məclisin yeni Baş prokuroru təsdiqləyəcəyi vaxt məlum oldu