Dünya
Çox sayda uşaq koronavirusdan öldü, fövqəladə vəziyyət ELAN EDİLDİ
ABŞ-ın Viskonsin ştatında koronavirusla bağlı tətbiq edilən məhdudiyyətlər sərtləşdirilib.
TASS xəbər verir ki, bununla bağlı ştat qubernatoru Toni Evers sərəncam imzalayıb.
Sərəncama əsasən, ştat daxilində əhalinin sağlamlığının qorunması məqsədilə fövqəladə vəziyyət elan edilib.
Həmçinin bildirilib ki, insanların sıx toplaşdığı qapalı yerlərdə 5 yaşdan yuxarı şəxslərdən maska taxmaları məcburi şəkildə tələb ediləcək.
Qubernator sərəncamda bu il ABŞ-da 100-dən çox uşağın koronavirusdan öldüyünə diqqət çəkib. Ştatda “kəskin iltihab sindromu” diaqnozu qoyulmuş uşaqlardan 12-nin ölüm faktı xəstəliyin ciddi olması ilə yanaşı, yeni növ koronavirusla da əlaqələndirilib.
Qeyd edək ki, Cons Hopkins Universitetinin məlumatına görə, ABŞ-da 6,86 milyon insana koronavirus diaqnozu qoyulub ki, onlardan 200182 nəfər ölüb.(APA)