Sosial
Deputatlarımız İrəvandakı Göy məscidi ziyarət etdi - FOTO
Azərbaycan Milli Məclisinin deputatları İrəvanda Göy məscidi ziyarət ediblər.
Sonxeber.az Lent.a-a istinadən xəbər verir ki, bu barədə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili paylaşım edib.
"Göy məsciddə olduq. Bildiyimiz qədər İrəvanda salamat qalan yeganə Azərbaycan abidəsidir.
Divarlarında başqa dövlətə aid yazılar olsa da, divarları, arxitekturası, ruhu sırf bizə aiddir. Biz bu doğmalığı hiss etdik, inanıram ki, məscid də. İnanırıq ki, bu məsciddə əsl sahibləri tezliklə öz dualarını edə biləcəklər. Azərbaycanlıların duaları isə daim xeyirxah olur və yekunda da qəbul olunur", - komitə sədri qeyd edib.
Fevralın 22-də İrəvanda AVRONEST PA-nın komitə iclasları keçirilib. Tədbirdə Milli Məclisin deputatları, AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak ediblər.
Daha çox xəbər:
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
YAP İdarə Heyətinin iclası başladı - deputatlığa namizədlər müəyyənləşəcək
Prezidentin parlamentin buraxılması ilə bağlı sorğusuna baxılır - İCLAS BAŞLADI
Komitə sədri valideynlərə müraciət etdi: "Məsuliyyətli olun!"
Azərbaycanın gözəl güşələrindən olan Göy Göl-ün Fotoları
Komitə sədri: "6 aylıq evlilikdən sonra boşananlar arasında gənclər çoxdur"
Bu şəxslərin MAAŞI ARTDI - AZƏRBAYCANDA
Milli Məclisin Sədri bu şəxsi özünə köməkçi təyin etdi
Parlamentin idmançı deputatları – SİYAHI
Türkiyə prezidenti Aya Sofyanı ziyarət etdi - FOTO