Hadisə
Manaf Ağayevin Füzuliyə qanunsuz səfəri ilə bağlı polislər cəzalandırılacaq
Müğənni Manaf Ağayevin işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər etməsi ilə bağlı Füzuli Rayon Polis Şöbəsində xidməti yoxlama aparılır.
Regiitv.az Baku.ws-a istinadən xəbər verir ki, bununla bağlı polis əməkdaşlarının cəzalandırılması gözlənilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi polis polkovniki Ehsan Zahidov “Report”a açıqlamasında xidməti yoxlama aparılması ilə bağlı faktı təsdiqləyib:
“Aparılan xidməti yoxlamaların nəticəsindən asılı olaraq qərar qəbul ediləcək”.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə müğənni M.Ağayevin işğaldan azad edilmiş ərazilərə səfər etməsini əks etdirən görüntülər yayılmışdı. Daha sonra Bakı şəhəri ərazisində M.Ağayev və onun yanındakı vətəndaş Sənan Hüseynov polis idarəsinə dəvət olunublar.
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, onlar işğaldan azad olunmuş ərazilərə qanunsuz yolla daxil olublar. Bununla bağlı onların izahatları alınıb. Həmin şəxslər saxlanılıb.
Bu gün Yasamal Rayon Məhkəməsi qərarı ilə M.Ağayev və S.Hüseynov 15 sutka həbs edilib.
Daha çox xəbər:
Manaf Ağayevin Füzuliyə qanunsuz səfəri ilə bağlı polislər cəzalandırılacaq
Vəzifəli şəxslər işğaldan azad edilmiş ərazidə qəzaya düşüb
İşğaldan azad edilən ərazidə 1 ton 700 kq narkotik aşkarlandı
Sadiq Gözəlov vəzifəsindən azad edildi
Vilayət Eyvazov bir Polis İdarəsinin 30-dan çox vəzifəli şəxsini işdən çıxardı
İşğaldan azad olunmuş ərazilərdə aşkar edilmiş mədəniyyət müəssisələrinin sayı açıqlanıb
Vilayət Eyvazov polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edib
BŞBPİ: Sosial şəbəkələrdə yayılan video ilə bağlı araşdırma başlayıb
Azərbaycanda polis rəisi vəzifəsindən azad olundu - ƏMR
Polis əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb