Cəmiyyət
15:50, 25 sentyabr 2019
64
0

Vilayət Eyvazov polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edib

Vilayət Eyvazov polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edib
Bakıda polis bölməsinin rəisi, müavini və sahə müvəkkili vəzifədən azad edilib.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 14-cü Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Zaur Məmmədov, onun müavini polis mayoru İlkin Ələkbərov və sahə müvəkkili (adı açıqlanmayıb) işlərində yol verdikləri ciddi nöqsanlara görə, tutduqları vəzifədən azad olunaraq sərəncama götürülüblər.(report)
Digər xəbərlər: