Hadisə
16:10, 24 mart 2021
87
0

Polis əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb

Polis əməliyyat keçirib, qanunsuz odlu silahlar götürülüb Polis əməkdaşları 3 rayonda əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, keçirilən əməliyyatlarla Qusar rayonu Xurel kənd sakini İ.Şıxzadayevdan müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı tüfəng, Hacıqabul rayonunun 2-ci Udulu kənd sakini N.Yəhyayevdən 1 ədəd “TOZ-16” markalı tüfəng, Sabirabad rayon sakini V.Qurbanovdan isə 1 ədəd ov tüfəngi götürülüb.

Hər üç faktla bağlı araşdırma aparılır.
Digər xəbərlər: