Hadisə
"Azərsu" əməkdaşı iş başında DÖYÜLDÜ
"Azərsu" ASC-nin "Bağlar Sukanal" İdarəsinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən abonentin fiziki təzyiqi ilə üzləşib.
"Azərsu" Açıq Səhmdar Cəmiyyətindən verilən məlumata əsasən, "Bağlar Sukanal" İdarəsinin xidməti ərazisində olan "Saray-H" MTK-ya məxsus evin 45-ci mənzilində yaşayan abonentin içməli su və kanalizasiya xidmətlərindən istifadəyə görə yığılmış 679,93 manat borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib.
"Sudan İstifadə Qaydaları"nın tələblərinə əsasən 7 fevral 2022-ci il tarixində iş əmri yaradılıb və mənzilin su təchizatı dayandırılıb. Buna baxmayaraq, vətəndaş su xəttini özbaşına şəbəkəyə qoşub.
8 fevral 2022-ci il tarixində "Bağlar Sukanal" İdarəsinin əməkdaşı İsazadə Allahşükür Həsrət oğlu həmin ünvana yaxınlaşaraq abonentə borcun ödənilməsinin vacibliyini izah edib. Lakin abonent "Azərsu" ASC-nin əməkdaşı ilə aqressiv davranaraq ona fiziki təzyiq göstərib. Abonent "Azərsu" ASC-nin əməkdaşını yumruqla vuraraq xəsarət yetirib.
Baş vermiş hadisə "Bağlar Sukanal" İdarəsinin əməkdaşları tərəfindən aktlaşdırılıb, A.İsazadə tibbi ekspertizadan keçirilib və faktın araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinə müraciət olunub.
Daha çox xəbər:
"Rayonların su pasportu hazırlanır" - "Azərsu" sədri
Bu rayonda bugün su olmayacaq.
Binədə dəhşət: sakinlər kanalizasiya suları axıdılan kanaldan su içirlər
Azərbaycanın bu kəndində kranlardan dəniz suyu gəlir
Azərbaycanda borca görə su kəsilməyəcək - RƏSMİ
Bakının böyük hissəsində su olmayacaq - ÜNVANLAR
Paytaxtın bu ərazisində suyun verilişi dayandırılıb - AÇIQLAMA
BMT-nin 86 əməkdaşı koronavirusa yoluxub
BMT-nin doqquz əməkdaşı koronavirusa yoluxub
Özünü kommunal xidmət əməkdaşı kimi təqdim etdi, evi taladı