Hadisə
21:43, 18 mart 2021
53
0

Özünü kommunal xidmət əməkdaşı kimi təqdim etdi, evi taladı

Özünü kommunal xidmət əməkdaşı kimi təqdim etdi, evi taladı Paytaxtın Nizami rayonunda mənzillərdən birinə gələn və özünü kommunal xidmət əməkdaşı kimi təqdim edən şəxs evdən oğurluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsinə müraciət edən zərərçəkən şəxsin evə gələrək mənzilin istilik sistemlərini yoxlamaq adı ilə içəri daxil olduğunu və onun başının qarışmasından istifadə edərək dolabdan 3600 dollar məbləğində pul və 1500 manatlıq qızıl-zinət əşyaları oğurladığını bildirib. 24-cü polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı həmin hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunan Vüsal Qəmbərov saxlanılıb. O, ifadəsində törətdiyi cinayəti etiraf edib. Saxlanılan şəxs barəsində Nizami Rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalar aparılır.

Vüsal Qəmbərovun başqa bu kimi cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, bu barədə ərazi üzrə polis orqanlarına, habelə 102 - Zəng Mərkəzinə müraciət edə bilərlər.
Digər xəbərlər: