Dünya
22:44, 03 fevral 2022
64
0

Ermənistanda Paşinyanı təhqirə görə vətəndaş 1000 dollar cərimələndi

Ermənistanda Paşinyanı təhqirə görə vətəndaş 1000 dollar cərimələndi
Ermənistanda baş nazir Nikol Paşinyan və Yüksək Texnologiyalar Sənayesi naziri Vaaqn Xaçaturyanı təhqir edən şəxs 500 min dram (1000 ABŞ dolları) cərimələnib.

Sözügedən şəxs 2021-ci ilin 20 sentyabrında polisə zəng edərək İrəvanda ictimai nəqliyyatın fəaliyyətindən narazılığını ifadə edib və bu zaman Nikol Paşinyan və Vaaqn Xaçaturyanın ünvanına seksual xarakterli təhqirlər səsləndirib. Bundan sonra barəsində araşdırma başladılan şəxs məhkənin qərarı ilə cərimələnib.
Digər xəbərlər: