Dünya
11:46, 12 noyabr 2020
89
0

Paşinyan etirazçılara qarşı təxribat hazırlatdı

Paşinyan etirazçılara qarşı təxribat hazırlatdı
Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən vətəndaşların və siyasi qüvvələrin parlament qarşısında etirazları davam edir.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu gün etirazçıların toplaşdığı əraziyə naməlum şəxs tərəfindən partlayıcı olduğu iddia edilən maddə atılıb.

Hadisə ilə bağlı etirazçılara səslənən müxalif “ARF Daşnaksütyun” partiyasının təmsilçisi İşxan Saqtelyan təxribatlara reaksiya verməməyi tövsiyə edib. O, belə insidentin polislə vətəndaşlar arasında toqquşmalara səbəb olmaq üçün törədildiyini, ancaq təxribata getməyəcəklərini bildirib.

“Onsuz da çox sayda qurbanımız var. Biz ölkəni sarsıtmırıq. Bizim bir problemimiz var - Nikol Paşinyanı vəzifədən kənarlaşdırmaq. Bu hadisə Nikolun tərzidir. Hər zaman təxribatlar həyata keçirəcək. Polislə qarşıdurmaya ehtiyac yoxdur və bir daha deyirəm ki, bu, Nikolun təxribatıdır. O, ölkəmizdə yenidən qarşıdurmalara səbəb olur. Bir dəfə onu ağıllı olmağa və insanlardan intiqam almamağa çağırdım. Partlayıcı maddəni atan isə Nikolun növbəti təxribatçılarından biri idi. Mən sizi təxribatlara uymamağa çağırıram”.

Bu arada məlum olub ki, Yerevanda polis əməkdaşları baş nazir Nikol Paşinyanın istefasını tələb edən mitinqin bir neçə təşkilatçısını saxlayıb. Saxlanılanlar arasında "Erkir media" telekanalının rəhbəri Qeqam Manukyan, "Daşnaksutyun" partiyasının nümayəndəsi İşxan Saqatelyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru Artur Vanesyan da var.
Digər xəbərlər: