Cəmiyyət
11:11, 14 fevral 2021
55
0

Koronavirusun dördüncü dalğası barədə XƏBƏRDARLIQ

Koronavirusun dördüncü dalğası barədə XƏBƏRDARLIQ
İran Prezidenti Həsən Ruhani ölkənin bəzi bölgələrində koronavirus infeksiyasının artması ilə əlaqədar əhalini gözlənilən potensial dördüncü dalğa barədə xəbərdarlıq edib.

Regiitv.az Pravda.az-a istinadən xəbər verir ki, İran lideri Xuzistanın cənub-qərb vilayətindəki bəzi şəhərləri “qırmızı bölgə” kateqoriyasına aid edib.

Prezident Ruhani dövlət televiziyasında çıxışı zamanı dördüncü dalğanın hər bir vətəndaş üçün ən yüksək səviyyədə xəbərdarlıq olduğunu deyib: “Bu dördüncü dalğa hərəkətin başlanğıcı deməkdir. Bunun qarşısını almaq üçün hamımız ayıq olmalıyıq”.

Qeyd edək ki, İranda peyvəndləmə kampaniyasına çərşənbə axşamı başlanılıb. Ölkəyə peyvəndlərin ilk dozası fevralın 4-də tədarük edilib.
Digər xəbərlər: